Menyu

Ərdoğan Bolqarıstanın Baş naziri ilə regional məsələləri müzakirə edib

Nicat Hüseynli
Ərdoğan Bolqarıstanın Baş naziri ilə regional məsələləri müzakirə edib
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstanın Baş naziri Rumen Radevlə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

O, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya və Ukrayna ilə təmasların saxlanıldığını bildirib, Bolqarıstanın müstəsna iqtisadi zonasında baş verən PUA hücumundan təəssüfləndiyini qeyd edib.

Ərdoğan Radevi noyabrın 11-12-də Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.

Əlaqəli Xəbərlər