Menyu

Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək

Operativ Media
Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
1 dəq oxu

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov 22-25 oktyabr tarixlərində Gürcüstanın Rustavi şəhərində 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hakimlik edəcək.

Bu barədə Operativ Media-ya Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları yığmaları mübarizə aparacaqlar.

Əlaqəli Xəbərlər