Menyu

Uroloji xəstəxanada ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub

Şəfa Hüseynli
 Uroloji xəstəxanada ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub
1 dəq oxu

TƏBİB tərəfindən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına təqdim edilən yeni tibbi avadanlıqlar müasir cərrahi əməliyyatların icrası imkanlarını genişləndirib.

Bu barədə Operativ Media-ya TƏBİB-dən məlumat verilib.

Bunun nəticəsi olaraq tibb müəssisəsində ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı uğurla həyata keçirilib.

Arterial təzyiqi 200–220 mm. civə sütununa qədər yüksəlməsi şikayəti ilə müraciət edən 25 yaşlı pasiyentdə (qadın) aparılan müayinələr nəticəsində sol böyrəküstü vəzinin feoxromositoması diaqnozu təsdiqlənib.

Əməliyyatdan əvvəl pasiyentin vəziyyətinin stabilləşdirilməsi və müvafiq hazırlıq tədbirləri həyata keçirilib. Daha sonra soltərəfli laporoskopik adrenalektomiya əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.


Əlaqəli Xəbərlər