Menyu

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun həmin şirkətdə mühafizəçi işlədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər