http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha bir paradiqma dəyişikliyi lazımdır - BMTİP-in daimi nümayəndəsi

27 Aprel 2024 , 14:25
Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha bir paradiqma dəyişikliyi lazımdır - BMTİP-in daimi nümayəndəsi

Dünyaya inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən daha bir paradiqma dəyişikliyi lazımdır.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Əfqanıstandakı daimi nümayəndəsi Abdulla Əl-Dardari İslam İnkişaf Bankının (İİB) Ər-Riyadda keçirilən illik iclasları çərçivəsində keçirilən "Tərəqqi yolu: İslam İnkişaf Bankına Üzv Ölkələrdə Çoxölçülü Yoxsulluq" mövzusunda panel müzakirələrdə deyib.

"Minilliyin İnkişaf Məqsədləri (MİM) üzərində işləyəndə bizim çox yaxşı vasitəmiz var idi və bunu MİM-in tərəqqisi və nailiyyətləri ilə əlaqələndirmək mümkün idi. Bu, bütünlükdə iqtisadiyyat barəsində düşüncəmizdə mühüm paradiqma irəliləyişi oldu. Lakin sonra yeni problemlərlə, daha doğrusu, icmalar arasında və daxilində münaqişələrə səbəb olan qeyri-bərabərlik və narahatlıqla üzləşməyə başladıqda bizdə ümumdaxili məhsul (ÜDM) artımının yaxşı, cəmiyyətin isə qeyri-stabil olmasının səbəbinin nədən ibarət olduğunu demək çətin idi", - o deyib.

Əl-Dardarinin fikrincə, neoklassik iqtisadiyyat son həddə çatıb.

"Bu səbəbdən inklüziv iqtisadiyyatın yeni növlərini birləşdirən digər paradiqma dəyişikliyi barədə düşünmək lazımdır. Burada əməkdaşlıq etməyə və iqtisadiyyat, insan rifahı, zənginlik, bölüşdürmə və dayanıqlılıq arasındakı qarşılıqlı əlaqəni başa düşməkdə bəşəriyyət üçün daha bir addım atmağa şadıq", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyər verib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik və firavanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığı çərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar və özəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR
Mənbə: Ermənistan hələ də KTMT-nin üzvüdür

Mənbə: Ermənistan hələ də KTMT-nin üzvüdür

MAQATE Rusiyanın nüvə təlimləri keçirmək planlarından narahatdır

MAQATE Rusiyanın nüvə təlimləri keçirmək planlarından narahatdır

Ərdoğan: Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli şansı azdır

Ərdoğan: Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli şansı azdır

XƏBƏR LENTİ
  • 17:38

    Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb
  • 17:11

    Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib
  • 16:37

    DİN: “Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb
  • 16:02

    Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb
  • 15:56

    Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib
  • 15:41

    "Barselona" gənc müdafiəçi ilə müqaviləni uzatdı
  • 14:57

    Cavanşir körpüsü sökülə bilər - VİDEO
  • 14:42

    Naxçıvanda güclü yağış uçquna səbəb olub
Menyu