http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb

27 Aprel 2024 , 16:15
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.

Məlumata görə, Dövlət Neft Fondu öz yatırımlarını İnvestisiya Siyasəti və Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. Həmçinin bildirilib ki, ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən “MSCI World” indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir.

Qeyd edilib ki, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur. “Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”, - deyə Fondun AZƏRTAC-a cavabında bildirilib.

OXŞAR XƏBƏRLƏR
Türkiyə-Azərbaycan biznes forumu keçirilib - YENİLƏNİB

Türkiyə-Azərbaycan biznes forumu keçirilib - YENİLƏNİB

Əli Əsədov: Türkiyə şirkətləri Qarabağda 4 milyard ABŞ dolları dəyərində olan layihələr icra edir

Əli Əsədov: Türkiyə şirkətləri Qarabağda 4 milyard ABŞ dolları dəyərində olan layihələr icra edir

Mikayıl Cabbarov: "Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq "yaşıl enerji"yə maraq göstərir"

Mikayıl Cabbarov: "Bolqarıstan Azərbaycan və Gürcüstanda istehsal olunacaq "yaşıl enerji"yə maraq göstərir"

XƏBƏR LENTİ
  • 19:25

    Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb
  • 19:14

    Paşinyana istefaya getməsi üçün bir saat vaxt verilib
  • 18:55

    İrəvanda müxalifətin etiraz aksiyası başlayıb
  • 18:44

    "Araz-Naxçıvan"ın zədəliləri qayıtdı
  • 18:37

    Səbinə Əliyeva Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb
  • 18:11

    İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli oldu
  • 17:56

    Bakıda mənzildən meyit tapılıb
  • 17:38

    Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb
Menyu