Ana səhifə / Dünya / Rusiya Nikolayvə PUA-larla hücum edib Rusiya Nikolayvə PUA-larla hücum edib 28.04.2024, 12:16 Aprelin 28-də səhər saatlarında Ukraynanın cənubunda yerləşən Nikolayv şəhərində hava hücumu zamanı partlayışlar baş verib. "Operativ Media" xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" məlumat yayıb. Nikolayev şəhərinin meri Aleksandr Senkeviç rus qoşunlarının Nikolayevə pilotsuz təyyarələrlə hücum etdiyini bildirib. Zərbə nəticəsində istirahət obyektində yanğın baş verib. Merin sözlərinə görə, xilasedicilər 20 kvadratmetr ərazini əhatə edən yanğını söndürüblər. Zərərlər var. Fövqəladə Hallar Dövlət Xidməti öz növbəsində otel binasının zədələndiyini bildirib. Yanğın söndürülüb. Yaxınlıqdakı daha bir otelin şüşələri sınıb, maşınlara ziyan dəyib. Bundan əlavə, infrastruktur obyektlərinə də ziyan dəyib. Teqlər: "Rusiya Nikolayv\u0259 PUA-larla h\u00fccum edib"
10.02.2026, 14:35 Azərbaycan BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını ratifikasiya edən ilk ölkə olub