Menyu

Mahmud Abbas Fələstini birləşdirmək üçün beynəlxalq konfrans çağırıb

Mahmud Abbas Fələstini birləşdirmək üçün beynəlxalq konfrans çağırıb
1 dəq oxu

Fələstin prezidenti Mahmud Abbas İordan çayının qərb sahilində və Qəzza zolağında Fələstin ərazilərinin birləşdirilməsi üçün beynəlxalq konfransın keçirilməsinə çağırıb.

"Operativ Media" xəbər verir ki, o bunu Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyası çərçivəsində bəyan edib. 

"İordan çayının qərb sahili ilə Qəzza zolağının birləşdirilməsi üçün siyasi həll yolu tapmaq üçün beynəlxalq konfrans təşkil etmək lazımdır", - deyə Abbas vurğulayıb.

O əlavə edib ki, Fələstin Dövlətinin müstəqillik hüququnu hələ də tanımayan bütün ölkələr bunu etməlidir: "Necə ki, onlar İsrailin müstəqilliyini tanıyıblar".

 

 

Əlaqəli Xəbərlər