Azərbaycanla Dünya İqtisadi Forumu arasında COP29 çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub
Nərmin Qocamanlı
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X"də paylaşım edib.
"Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük. Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişaf trendləri barədə danışdıq", - nazir qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma