Peskov: Kollektiv Qərb Rusiyanın qərarlılığını sınayır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinin Ukraynaya raket tədarükü ilə bağlı sualını cavablandırıb.
"Operativ Media" "Kommersant"a istinadən xəbər verir ki, Peskov "kollektiv Qərb üstəgəl bir"in (Qərb dövlətləri və Ukrayna nəzərdə tutulur - red.) Ukraynaya silah verməklə Rusiyanın "ürəkliliyini" yoxladığını bildirib.
Peskovla söhbətində jurnalist qeyd edib ki, Ukraynanın tərəfdaşları silah tədarük etməklə "yeni limitləri sınaqdan keçirirlər". Zarubin Rusiya prezidentinin mətbuat katibindən "Qərbin gec-tez sərhədləri keçəcəyini başa düşürmü" sualına cavab istəyib.
"Kollektiv Qərb üstəgəl bir" tərəfi bizim səmimiyyətimizi sınayacaq. Bizim üçün əsas odur ki, bunu heç vaxt göstərməyək", - Peskov bildirib.
O, həmçinin bəzi dostları və qohumlarının döyüş bölgəsində olduğunu bildirib: "Onlar deyir ki, Ukraynada artıq çaxnaşma var".
Peskovun sözlərinə görə, Rusiya üçün "bu dinamikanı saxlamaq" vacibdir.