Menyu

Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb

Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb

Roma Papası Fransisk Venesiyaya səyahəti zamanı gəncləri mobil telefondan istifadəni minimuma endirməyə, televizora həddən artıq baxmaqdan imtina etməyə və bir-birləriylə aktiv ünsiyyət qurmağa çağırıb.

"Operativ Media" “Vatican News”-a istinadən xəbər verir ki, Roma Papası deyib ki, gənclər özlərinə qapanmamalı, ünsiyyət axtarmalı, Allahın hüzurunu birlikdə yaşamalıdırlar.

Papa qeyd edib ki, gənclər ətraflarındakı hər kəsin başlarının öz cihazlarına qarışdığını, sosial media və video oyunlarına aludə olduğunu hiss edə bilər: “Həyatı öz əlinizə alın. Televizoru söndürün, müqəddəs kitabı açın, mobil telefonu yerə qoyun və insanlarla tanış olmağa başlayın. Mobil telefon kommunikasiya üçün faydalı vasitə olsa da, telefonun şəxsi münasibətlərə mənfi təsir göstərmək potensialında olduğunu yadda saxlayın”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər