Menyu

Türkiyədə iki mikroavtobus toqquşub, 14 nəfər xəsarət alıb

Türkiyədə iki mikroavtobus toqquşub, 14 nəfər xəsarət alıb

Türkiyənin Muğla şəhərinin Milas-Muğla avtomobil yolunun Menteş qovşağında xidməti mikroavtobusla ticarət mikroavtobusu toqquşub.

"Operativ Media" Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 4-ü ağır olmaqla 14 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə Milas Dövlət Xəstəxanasına aparılıb.

Məlumata görə, qəzadan sonra avtomobillər alovlanıb və yanmağa başlayıb. Yanğın hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. Nəticədə hər iki mikroavtobus yararsız hala düşüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər