Menyu

Mikayıl Cabbarov İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

Nərmin Qocamanlı
Mikayıl Cabbarov İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib:

"İslam İnkişaf Bankının yaradılmasının 50-ci ildönümünə həsr edilmiş Qızıl Yubiley tədbirində Bankın Azərbaycanla uzunmüddətli və çoxtərəfli əməkdaşlıq formatında qurulmuş yüksək səviyyəli tərəfdaşlığından məmnunluq ifadə olundu".

"Bu əlamətdar tarix münasibətilə İslam İnkişaf Bankının heyətinə səmimi təbriklərimizi çatdırır, Qurumun işinə uğurlar arzulayır və müştərək təşəbbüslərin yeni məzmunlarla zənginləşəcəyindən əmin olduğumuzu bildiririk", - nazir qeyd edib.

Teqlər:

"Mikay\u0131l Cabbarov \u0130slam \u0130nki\u015faf Bank\u0131n\u0131n yarad\u0131lmas\u0131n\u0131n 50-ci ild\u00f6n\u00fcm\u00fcn\u0259 h\u0259sr edilmi\u015f t\u0259dbird\u0259 i\u015ftirak edib"

Fotogalereya

Əlaqəli Xəbərlər