Menyu

Əfqanıstanda daşqınlar nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb

Nərmin Qocamanlı
Əfqanıstanda daşqınlar nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb
1 dəq oxu

 

Əfqanıstanda son üç gündə yağan yağış və daşqınlar nəticəsində 8 nəfərin ölüb, 3 nəfər isə yaralanıb.

"Operativ Media" xəbər verir ki, bubarədə Əfqanıstanın Fəlakətlərin İdarə Olunması üzrə Dövlət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daşqın və yağışlar 15 əyalətdə 140 evi dağıdıb, 20 hektar kənd təsərrüfatı sahəsini viran edib.

Nəqliyyat və Mülki Aviasiya Nazirliyinin Meteorologiya Departamentindən də bildirilib ki, yüksək dağlıq rayonlarda qar yağacağı ehtimalı var və 17 əyalətdə leysan, şimşək çaxacağı və şiddətli daşqınlarla yanaşı 15-30 millimetr yağıntının olacağı gözlənilir.

Əlaqəli Xəbərlər