Menyu

Gürcüstan vətəndaşları mayın 28-dən Çinə vizasız gedə biləcəklər

Nərmin Qocamanlı
Gürcüstan vətəndaşları mayın 28-dən Çinə vizasız gedə biləcəklər
1 dəq oxu

Gürcüstan vətəndaşları üçün Çinlə vizasız rejim rəsmi olaraq mayın 28-dən qüvvəyə minir.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan  Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstan vətəndaşları Çinə vizasız girə və ardıcıl 30 gün ölkədə qala biləcəklər.

Qeyd edək ki, Gürcüstan Çin vətəndaşları üçün 11 sentyabr 2023-cü il tarixindən etibarən vizasız rejim tətbiq edib.

Əlaqəli Xəbərlər