İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 34 min 488-ə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 34 nəfərin həyatını itirdiyi, 68 nəfərin isə yaralandığı bildirilib.
Məlumata görə, 206 gündür davam edən hücumlarda yaralıların sayı 77 min 643-ə yüksəlib.