Danimarkada qadınlar orduya məcburi çağırıla bilər
Nərmin Qocamanlı
Danimarkada qadınlar üçün məcburi hərbi xidmət 2026-cı ilə planlaşdırılan növbəti parlament seçkilərindən sonra tətbiq oluna bilər.
"Operativ Media" xəbər verir ki, bunu ölkənin müdafiə naziri Troels Lund Poulsen deyib.
O, hazırda Danimarkanın müdafiəsini gücləndirməyin vacibliyini vurğulayıb:
"Mən qadınlar üçün tam bərabərliyi təmin etməək məqsədilə müzakirələrə çox enerji sərf etdim. Hazırda Danimarka ordusunda qadınların xidməti könüllüdür".
Eyni zamanda, nazir qərarın seçkilərə qədər təxirə salınmasını təklif edib.
Bu, onunla izah olunur ki, bir sıra müxalifət qüvvələri (mərkəzçi sağçı Liberal Alyans və sağçı Danimarka Demokratları) belə islahata qarşıdırlar.