Menyu

Tacikistan XİN Rusiya səfirini çağırıb

Nərmin Qocamanlı
Tacikistan XİN Rusiya səfirini çağırıb

Tacikistan Xarici İşlər Nazirliyi Rusiyanın respublikadakı səfiri Semyon Qriqoryevi Rusiya Federasiyasında vətəndaşlarının hüquqlarının pozulması ilə əlaqədar çağıraraq nota təqdim edib.

"Operativ Media" xəbər verir ki, Tacikistan XİN məlumat yayıb.

Tacikistan XİN İnformasiya Departamentinin rəhbəri Şoxin Səmədinin sözlərinə görə, notada Tacikistan hakimiyyətinin narahatlığı ifadə olunub.

Səmədi Rusiya ərazisində Tacikistan Respublikası vətəndaşlarına qarşı kəskin mənfi münasibətin kütləvi təzahürləri, habelə onların hüquq və azadlıqlarının geniş şəkildə pozulması ilə bağlı ciddi narahatlığını ifadə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər