http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hakan Fidan Blinkenlə görüşüb

29 Aprel 2024 , 19:40
Hakan Fidan Blinkenlə görüşüb

ABŞ dövlət katibi Antoni Blinken ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. 

Miller yazılı açıqlamasında bildirib ki, Blinken Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb. 

ABŞ-nin xarici siyasət rəsmisinin sözlərinə görə, tərəflər Ər-Riyadda girovların azad edilməsinə və Qəzzada fələstinlilərin əzablarını yüngülləşdirəcək təcili atəşkəsin təmin edilməsinə yönəlmiş səyləri müzakirə ediblər. 

Eyni zamanda, Blinken Qəzza zolağında hərbi əməliyyatların davam etməsinin səbəbinin HƏMAS-ın İsraillə razılaşmanı qəbul etməkdən imtina etməsi olduğunu ifadə edib. Dövlət katibi HƏMAS-ı dərhal danışıqlar masasında atəşkəs təklifini qəbul etməyə inandırmaq üçün bütün səylərdən istifadə etməyə çağırıb. 

Bundan əlavə, o qeyd edib ki, Fidan və Blinken bölgədə davamlı sülhün təmin edilməsi, o cümlədən İsrail üçün təhlükəsizlik zəmanəti olan tam hüquqlu Fələstin dövlətinin yaradılması yolu ilə davam edən səyləri nəzərdən keçiriblər.

OXŞAR XƏBƏRLƏR
Çinin yeni səfiri İranın xarici işlər naziri ilə görüşüb

Çinin yeni səfiri İranın xarici işlər naziri ilə görüşüb

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə çatıb

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 150-yə çatıb

İraqın şimalında hücum hazırlığında olan terrorçular zərərsizləşdirilib

İraqın şimalında hücum hazırlığında olan terrorçular zərərsizləşdirilib

XƏBƏR LENTİ
  • 10:22

    Azərbaycan və Belarus standartlaşdırma sahəsində əməkdaşlığı müzakirə edib
  • 10:20

    Çinin yeni səfiri İranın xarici işlər naziri ilə görüşüb
  • 10:18

    La Liqada mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlandı
  • 10:18

    2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
  • 10:10

    Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər naziri Bakı Kommünikesini qəbul ediblər
    Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər naziri Bakı Kommünikesini qəbul ediblər
  • 09:48

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
  • 09:46

    Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
  • 09:44

    Bu gün Sabunçu, Xəzər rayonları və Sumqayıtda qaz təchizatında fasilə yaranacaq
Menyu