Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun nümayəndələri ilə görüşüb
Azərbaycan Respublikası İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun nümayəndələri ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X"də paylaşım edib.
"İslam İnkişaf Bankı Qrupu ilə keçirilən görüş çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında və AZPROMO ilə İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyası arasında anlaşma memorandumları imzalandı, 2024-2026-cı illər üzrə Azərbaycan üçün Ölkə Çərçivə Sənədinin təqdimatı keçirildi. Bu sənədlərin icrası əməkdaşlığımızın daha yüksək müstəviyə doğru irəliləməsi üçün əlverişli imkanlar yaradacaq", - nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net