Blinken Ukrayna ilə bağlı danışıqlardakı əsas üç prinsipi sadalayıb
Rusiya ilə Ukrayna arasında münaqişənin sonu Rusiya prezidenti Vladimir Putindən və onun qərarından çox asılıdır. Putin dialoqa səmimi istək nümayiş etdirməlidir.
"Operativ Media" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumu zamanı ABŞ dövlət katibi Antoni Blinken deyib.
Dövlət katibi qeyd edib ki, Putin Rusiyanın Ukraynadan və onu dəstəkləyən ölkələrdən daha uzun ömür sürəcəyini gözləyir: "Bununla belə, Qərbin dəstəyi açıq siqnal vermək məqsədi daşıyır. Ukrayna nəinki sağ qalacaq, həm də uğur qazanacaq".
"Ümid edirəm ki, cənab Putin bunu başa düşəcək və beynəlxalq birliyin fundamental prinsipləri və BMT Nizamnaməsi: suverenlik, ərazi bütövlüyü, müstəqillik əsasında səmimi şəkildə danışıqlara hazır olduğunu bildirəcək", - Blinken bildirib.
Teqlər:
"Blinken Ukrayna il\u0259 ba\u011fl\u0131 dan\u0131\u015f\u0131qlardak\u0131 \u0259sas \u00fc\u00e7 prinsipi sadalay\u0131b"