Menyu

Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir

Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir

Qeyri-hökumət təşkilatlarına (QHT) ayrılan xarici maliyyənin 90%-dən çoxu faktiki olaraq ölkədə kəşfiyyat şəbəkələrinin inkişafına sərf olunur.

"Operativ Media" xəbər verir ki, bunu Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib. 

"Son bir neçə həftə bir daha təsdiqlədi ki, QHT-lərə ayrılan pulun 90%-dən çoxu Gürcüstanda agent fəaliyyətləri gücləndirməyə xidmət edir. Bütün QHT-lər lazım olanda dərhal mitinqlərə aparıldı və milli maraqlara qarşı çıxdı", - Kaladze hakim partiyanın təşəbbüslərini, o cümlədən xarici agentlər haqqında qanunun qəbulunu dəstəkləyən mitinqdə deyib.

Bazar ertəsi Tbilisidə, Rustaveli prospektində parlament binası yaxınlığında hakim partiya öz təşəbbüslərinə dəstək aksiyası keçirib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər