Menyu

Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq

Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq

Ukrayna yaxın bir neçə il ərzində Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qəbul edilməyəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji planlaşdırma üzrə baş direktoru Tomas Rayt bildirib.

"Ukraynanın NATO-dakı rolu məsələsi, belə demək mümkünsə, ikili yanaşmada idi: ya üzvdür, ya da deyil. Onun NATO-ya qoşulma ehtimallarını bir az da genişləndirməyin yollarını tapmaq, Ukraynanın üzv olmağa doğru irəlilədiyinə əmin olmaq üçün, şübhəsiz ki, hazırda böyük müharibənin ortasında olduğumuz üçün şərait münbit deyil, indi biz onun müdafiəsini gücləndirəcək addımlar ata bilərik", - Ağ Evin nümayəndəsi qeyd edib. 

2022-ci ilin sentyabrında Ukrayna Şimali Atlantika Alyansına sürətləndirilmiş şəkildə qoşulmaq üçün ərizə təqdim edib. NATO 2023-cü il iyulun 11-də Vilnüsdə keçirilən sammitin yekun bəyanatını qəbul edib və orada ölkənin gələcəyinin alyansda olduğuna əminlik ifadə olunub. Sənəddə deyilir ki, müttəfiqlər razılığa gəldikdə və Qərbin Kiyevə qoyduğu şərtlər yerinə yetirildikdə NATO-ya üzv olmaq dəvəti Ukraynaya göndərilə bilər. Qəbulun ehtimal olunan vaxtı açıqlanmayıb. Təşkilat dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişə vəziyyətində olarkən NATO-ya üzv olması mümkün deyil.

Teqlər:

"A\u011f Ev: Ukrayna yax\u0131n bir ne\u00e7\u0259 ild\u0259 NATO-ya daxil olmayacaq"

Əlaqəli Xəbərlər