Menyu

KİV: ABŞ-də siqh liderinin öldürülməsini Hindistan kəşfiyyatı planlaşdırıb

KİV: ABŞ-də siqh liderinin öldürülməsini Hindistan kəşfiyyatı planlaşdırıb

Amerika xüsusi xidmət orqanları Hindistan kəşfiyyatının siqh separatçılarının liderlərindən biri, Hindistanda qadağan edilmiş "Siqhlər Ədalət naminə" təşkilatının üzvü Qurpatvant Sinqh Pannunun öldürülməsində iştirak edə biləcəyini ehtimal edir.

"Operativ Media" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Qəzetin yazdığına görə, Hindistanın baş naziri Narendra Modinin 2023-cü ilin iyununda ABŞ-yə səfəri zamanı hindistanlı kəşfiyyatçı bir qrup muzdlu qatilə Modinin ABŞ-də ən sərt tənqidçilərindən birini aradan qaldırmaq üçün göstərişlər verib.

ABŞ və Hindistan kəşfiyyat mənbələri iddia edir ki, əməliyyatı "əsas hədəf" kimi xarakterizə edən Hindistan xarici kəşfiyyatçısı Vikram Yadav, Pannunun haqqında məlumatları, o cümlədən Nyu-York ünvanını qatillərə ötürüb.

ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, Yadavın şəxsiyyəti sui-qəsddə Hindistan kəşfiyyatının iştirakına işarə edir. Qərb təhlükəsizlik rəsmiləri həmçinin bildiriblər ki, MKİ və FTB-nin sui-qəsd cəhdi ilə bağlı apardığı araşdırmalar Modinin yaxın ətrafı ilə potensial əlaqələri üzə çıxarıb.

Mərkəzi Kəşfiyyat İdarəsi və FTB də əməliyyatın Hindistanın o zamankı xarici kəşfiyyat rəhbəri Samant Goel tərəfindən təsdiqləndiyini iddia edib.

2023-cü ilin noyabrında "Financial Times" öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ səlahiyyətliləri Amerika torpaqlarında Siqh separatçı liderinə sui-qəsd planının qarşısını alıblar və Hindistanın hadisədə iddia edilən iştirakı ilə bağlı narahatlığını Yeni Dehliyə çatdırıblar.

Teqlər:

"K\u0130V: AB\u015e-d\u0259 siqh liderinin \u00f6ld\u00fcr\u00fclm\u0259sini Hindistan k\u0259\u015ffiyyat\u0131 planla\u015fd\u0131r\u0131b"

Əlaqəli Xəbərlər