Kolumbiyada helikopter qəzası nəticəsində 9 nəfər ölüb
Əziz Əzizli
Kolumbiyanın şimalındakı Bolivar departamentinin cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro “X” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, hadisə ölkənin ən böyük narkotik kartelinə qarşı əməliyyat zamanı baş verib
Belə ki, əsgərlərin olduğu helikopter “Körfəz Klanı” narkotik kartelinə qarşı əməliyyatda iştirak edən hökumət qoşunlarını təchizatla təmin edirmiş. Qəza nəticəsində helikopterdə olan doqquz ekipaj üzvünün hamısı ölüb.
Kolumbiya prezidenti hadisədən təəssüfləndiyini bildirib.
Qeyd edək ki, ölkənin ən böyük narkotik karteli olan “Körfəz Klanı” Kolumbiyada uzun illərdir davam edən daxili silahlı münaqişədə fəal iştirak edir.