Menyu

Çin kosmik stansiyası turistləri qəbul edəcək

Nərmin Qocamanlı
Çin kosmik stansiyası turistləri qəbul edəcək
1 dəq oxu

Çin Tianqonq kosmik stansiyası digər ölkələrdən turistləri və astronavtları qəbul edəcək.

"Operativ Media" xəbər verir ki, bunu Çinin İnsanlı Kosmos İdarəsinin direktor müavini Lin Xiqianq “Shenzhou-18" pilotlu kosmik gəminin buraxılışından əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

"Biz beynəlxalq astronavtları və turistləri kosmik stansiyaya dəvət etmək imkanlarının araşdırılmasını sürətləndirəcəyik", - deyə o qeyd edib.

Xiqianq Çinin başqa ölkələrdən turistləri və astronavtları Tianqonqa nə vaxt və hansı şərtlərlə dəvət etməyi planlaşdırdığı barədə ətraflı məlumat verməyib.

Əlaqəli Xəbərlər