Menyu

Dünyanın üçüncü böyük iqtisadiyyatı yanvar-mart aylarında 0,2 faiz artıb

Nərmin Qocamanlı
Dünyanın üçüncü böyük iqtisadiyyatı yanvar-mart aylarında 0,2 faiz artıb

Almaniya iqtisadiyyatı bu ilin yanvar-mart dövründə əvvəlki rüblə müqayisədə 0,2 faiz artıb.
 
"Operativ Media" xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) birinci rüb üçün ümumi daxili məhsulun (ÜDM) ilkin məlumatlarını açıqlayıb.

Bazar gözləntisi dünyanın dördüncü iqtisadiyyatının 0,1 faiz böyüməsi idi.

Rüblük əsasda artıma müsbət töhfə tikinti investisiyaları və ixracdan olmuşdur. Birinci rübdə qeyri-müəyyənlik və qeyri-adi yüksək inflyasiya səbəbindən alıcılıq qabiliyyətinin azalması nəticəsində istehlak xərclərinin azalması artımı ləngidib.

Birinci rübdə ÜDM-in illik artımı mənfi 0,9 faiz təşkil edib. Avropanın ən böyük və dünyanın üçüncü böyük iqtisadiyyatı olan Almaniya, yüksək enerji xərcləri, zəif qlobal sifarişlər və rekord faiz dərəcələrinin təsiri ilə keçən il Avro Bölgəsindəki əsas iqtisadiyyatlar arasında ən zəif iqtisadiyyatı olaraq diqqət çəkib.

Almaniya iqtisadiyyatı, alıcılıq qabiliyyətinə təsir edən qeyri-adi yüksək inflyasiya, yüksək enerji qiymətləri, azalan investisiyalar, zəif xarici tələb və yüksək faiz dərəcələri səbəbindən keçən il əvvəlki ilə nisbətən yüzdə 0,3 faiz azalıb.

Teqlər:

"D\u00fcnyan\u0131n \u00fc\u00e7\u00fcnc\u00fc b\u00f6y\u00fck iqtisadiyyat\u0131 yanvar-mart aylar\u0131nda 0 2 faiz art\u0131b"

Əlaqəli Xəbərlər