Menyu

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Nərmin Qocamanlı
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 169-a çatıb.
 
"Operativ Media" xəbər verir ki, bu barədə Keniya hökumətindən verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, leysan yağışların səbəb olduğu daşqınlarda 91 nəfər itkin düşüb.

Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi və bəzi yolların bağlandığı, bir çox ərazinin də su altında qaldığı vurğulanıb.

Məlumata görə, ölkə daxilində 200 mindən çox insan davam edən leysan yağışları və daşqınlardan zərər çəkib.

Keniya Dəmir Yolları, ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını açıqladı.

Prezident Uilyam Ruto Milli Gənclik Xidmətinə daşqınlardan zərər çəkənlər üçün müvəqqəti düşərgə kimi istifadə üçün torpaq ayırmağı tapşırmışdı.

Keniyadan başqa, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.

Teqlər:

"Keniyada da\u015fq\u0131nlar n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 169-a \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər