Menyu

İranın Özbəkistandakı səfiri ölkənin investisiya, sənaye və ticarət naziri ilə görüşüb

Nərmin Qocamanlı
İranın Özbəkistandakı səfiri ölkənin investisiya, sənaye və ticarət naziri ilə görüşüb
1 dəq oxu

İranın Özbəkistandakı səfiri Məhəmməd Əli İskəndəri Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə iqtisadi, ticarət və sənaye əlaqələrinin genişləndirilməsini müzakirə edilib.

Hər iki ölkənin iqtisadi rəsmilərinin son qarşılıqlı səfərlərinə və bunun nəticəsində əldə olunan razılaşmalara toxunan İskəndəri iki ölkə arasında iqtisadi və ticari əlaqələr prosesinin asanlaşdırılmasının vacibliyini vurğulayıb.

Laziz Kudratov iki ölkə arasında son illərdə artan ticarət əlaqələrindən və iki ölkə prezidentlərinin ikitərəfli ticarət həcmini bir milyard dollara çatdırmaq məqsədlərindən məmnunluğunu ifadə edib.

 

Əlaqəli Xəbərlər