Menyu

Antalyaya gələn turistlərin sayı 2 milyona çatır

Nərmin Qocamanlı
Antalyaya gələn turistlərin sayı 2 milyona çatır

Antalyaya gələn xarici turistlərin sayı 1 milyon 870 min nəfər olub.

"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Peşəkar Otel İdarəçiləri Dərnəyinin (POYD) sədri Hakan Saatçioğlu deyib.

Dərnək sədri bildirib ki, bu rəqəm ötən illə müqayisədə 16 faiz çoxdur. 

Keçən ilin fevral ayında Kahramanmaraş mərkəzli zəlzələlər səbəbiylə ilk 2 ayda xaricdən gələn turistlərin sayında fasilə yarandığını xatırladan Saatçioğlu, bu il keçənilki rəqəmləri aşması gözləntisinin olduğunu qeyd edib.

Antalyada qış mövsümünün aktiv olduğunu deyən Saatçioğlu ilin sonuna qədər 17 milyon turist sayına çata biləcəyini bildirib.

Teqlər:

"Antalyaya g\u0259l\u0259n turistl\u0259rin say\u0131 2 milyona \u00e7at\u0131r"

Əlaqəli Xəbərlər