Menyu

Polşa: Yalnız Aİ-nin qərarı ilə ukraynalı kişiləri vətənlərinə qaytaracayıq

Polşa: Yalnız Aİ-nin qərarı ilə ukraynalı kişiləri vətənlərinə qaytaracayıq

Polşa hakimiyyəti hərbi yaşda olan Ukrayna vətəndaşlarının ölkədə qalma müddətini uzatmayaraq onları vətənlərinə qaytarmağa hazırdır. Ancaq yalnız Avropa İttifaqı (Aİ) səviyyəsində müvafiq qərar qəbul ediləcəyi təqdirdə bunu edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Şurasının iclasından sonra respublikanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə bildirib.

Polşanın müdafiə departamentinin rəhbəri daha əvvəl bildirmişdi ki, Polşa hakimiyyəti Kiyevə hərbi yaşda olan ukraynalıların ölkəyə qaytarılmasında köməklik göstərməyə hazırdır.

"Ukrayna bizdən dəstək istəsə, biz bunu həmişə məmnuniyyətlə təmin edəcəyik. Bu qərarların Avropa səviyyəsində qəbul edilməsi çox vacibdir. Bilirəm ki, Ukrayna və Brüssel arasında bu mövzuda danışıqlar davam edir", - nazir mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Teqlər:

"Pol\u015fa: Yaln\u0131z A\u0130-nin q\u0259rar\u0131 il\u0259 ukraynal\u0131 ki\u015fil\u0259ri v\u0259t\u0259nl\u0259rin\u0259 qaytaracay\u0131q"

Əlaqəli Xəbərlər