Ukrayna MDB çərçivəsində imzalanmış səhiyyəyə dair sazişdən çıxıb
Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb.
"Operativ Media" xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk "Telegram" kanalında məlumat verib.
"Vəziyyətin köklü dəyişməsi ilə əlaqədar Ukrayna MDB daxilində ictimai səhiyyə sahəsində əməkdaşlıq haqqında 1992-ci il iyunun 26-da Minskdə imzalanmış sazişdən çıxdı", - o yazıb.
Ukrayna həmçinin sazişə əlavə və dəyişikliklərlə bağlı iki protokoldan çıxıb. Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.
Teqlər:
"Ukrayna MDB \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 imzalanm\u0131\u015f s\u0259hiyy\u0259y\u0259 dair sazi\u015fd\u0259n \u00e7\u0131x\u0131b"