Menyu

Pentaqonun rəhbəri: ABŞ Ukraynaya bacardığı qədər ATACMS raketləri verəcək

Pentaqonun rəhbəri: ABŞ Ukraynaya bacardığı qədər ATACMS raketləri verəcək

ABŞ Ukraynaya bacardığı qədər ATACMS taktiki ballistik raket ötürmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

Eyni zamanda, Ostin bu cür tədarüklərin davam edib-etməyəcəyinə aydınlıq gətirmək barədə suala cavab verməkdən yayınıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan aprelin 24-də bəyan edib ki, Kiyevə ATACMS raketlərinin tədarükü barədə qərar fevral ayında Vaşinqton tərəfindən verilib.

Onun sözlərinə görə, mart ayında ABŞ prezidenti Co Baydenin əmri ilə bu raketlərin əhəmiyyətli hissəsi Ukraynaya ötürülüb. Pentaqona görə, ATACMS raketləri sırf Ukraynanın suveren ərazisində istifadə üçün tədarük edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər