Gürcüstan parlamenti mayın 1-də xarici agentlər haqqında qanun layihəsinə yenidən baxacaq
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsinə tam baxmağa vaxt tapmayıb.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstan qanunverici orqanının sədri Şalva Papuaşvili deyib.
"Müzakirələr və səsvermə sabah da davam edəcək", - Papuaşvili qeyd edib.
Parlament aprelin 30-da ikinci oxunuşda xarici agentlər haqqında qanun layihəsinin müzakirəsinə başlayıb. Gün ərzində deputatlar qanuna maddə-maddə baxıblar. Parlamentarilər arasında qızğın müzakirələr aparılıb. Onlar qanun layihəsinin 11 maddəsindən yalnız 3-nə baxa biliblər.
Eyni zamanda bu qanun layihəsinə qarşı yenidən parlament qarşısında mitinq keçirilir. Minlərlə insan Rustaveli prospektini bağlayıb və hakimiyyətdən təşəbbüsü geri götürməsini tələb edib.
Teqlər:
"G\u00fcrc\u00fcstan parlamenti may\u0131n 1-d\u0259 xarici agentl\u0259r haqq\u0131nda qanun layih\u0259sin\u0259 yenid\u0259n baxacaq"