http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

01 May 2024 , 06:53
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini yekdilliklə təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə məlumat qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.

Bu təşəbbüs əvvəllər Konqresin Nümayəndələr Palatası tərəfindən bəyənilib. İndi sənədi ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır. Ağ Ev qanun layihəsini dəstəklədiyini bildirib.

Bununla belə, 2028-ci ilin yanvar ayına qədər müvəqqəti istisnalar olacaq. Belə ki, təşəbbüs ABŞ-ın Energetika Nazirliyinə dövlət katibi və maliyyə naziri ilə razılaşdırmaqla Rusiya uranının ABŞ-ın mövcud qanunvericiliyi ilə icazə verilən həcmdə idxalına icazə verməyə imkan verir.

Birləşmiş Ştatlar son illərdə modul nüvə reaktorlarını gücləndirmək üçün Rusiyanın yüksək dərəcəli, aşağı zənginləşdirilmiş uranını əvəz etməyə çalışır.

ABŞ Ticarət Departamentinin məlumatına görə, fevral ayında Rusiya ABŞ-a 1,2 milyard dollar dəyərində zənginləşdirilmiş uran satıb. Bu da 2009-cu ildən bəri rekord göstəricidir.

OXŞAR XƏBƏRLƏR
MAQATE rəhbəri mayın 28-də Kalininqrada səfər edəcək

MAQATE rəhbəri mayın 28-də Kalininqrada səfər edəcək

Blinken: Qərb Kiyevə kreditlər üçün Rusiya aktivlərindən girov kimi istifadə etmək istəyir

Blinken: Qərb Kiyevə kreditlər üçün Rusiya aktivlərindən girov kimi istifadə etmək istəyir

ABŞ İsrailin AP jurnalistlərinin avadanlıqlarını ələ keçirməsindən narahatdır

ABŞ İsrailin AP jurnalistlərinin avadanlıqlarını ələ keçirməsindən narahatdır

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    İtalyan baş məşqçi karyerasını bitirdi
  • Dünən
    23:24

    MAQATE rəhbəri mayın 28-də Kalininqrada səfər edəcək
  • Dünən
    23:19

    "Çelsi" baş məşqçini göndərdi
  • Dünən
    23:03

    Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB
    Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB
  • Dünən
    22:49

    Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən
    22:35

    Blinken: Qərb Kiyevə kreditlər üçün Rusiya aktivlərindən girov kimi istifadə etmək istəyir
  • Dünən
    22:20

    ABŞ İsrailin AP jurnalistlərinin avadanlıqlarını ələ keçirməsindən narahatdır
  • Dünən
    21:53

    Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
Menyu