Menyu

Gürcüstanda etirazçılar paytaxtın mərkəzində yolu bağlayıblar

Nərmin Qocamanlı
Gürcüstanda etirazçılar paytaxtın mərkəzində yolu bağlayıblar

Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı çıxan etirazçılar Tbilisinin mərkəzində Ədliyyə Evi yaxınlığında yolu bağlayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bildirilib ki, xüsusi qüvvələr Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyasını dağıdandan sonra nümayişçilərin bir qismi sahilə doğru hərəkət edərək Ədliyyə Evi yaxınlığındakı yolu bağlayıblar.

Qeyd olunub ki, paytaxtın mərkəzindəki parlament binasının yaxınlığındakı Rustaveli küçəsində nümayişçilərlə polis arasında toqquşmalar davam edir.

Teqlər:

"G\u00fcrc\u00fcstanda etiraz\u00e7\u0131lar paytaxt\u0131n m\u0259rk\u0259zind\u0259 yolu ba\u011flay\u0131blar"

Əlaqəli Xəbərlər