"Ferrari" ABŞ-nin şərəfinə iki xüsusi avtombilini nümayiş etdirib
Nərmin Qocamanlı
"Ferrari" ABŞ-nin şərəfinə iki xüsusi 296 GTS superkar istehsal etdiyini açıqlayıb. 2024-cü ildə "Ferrari" brendi Şimali Amerika bazarında rəsmi iştirakının 70 illiyini qeyd edir. Bu yubiley şərəfinə şirkət İtaliya brendi üçün ən mühüm bazarlardan birində bir neçə xüsusi tədbir hazırlayıb.
"Operativ Media" xəbər verir ki, "Formula 1 Mayami Qran Prisi"ndə müştərilər üçün iki xüsusi "Ferrari 296 GTS" istehsal olunacaq.
Hər iki avtomobil "Ferrari"nin klassik motorsport rənglərinə hörmət edən mavi çalarlarda tamamlanıb.
Texniki cəhətdən xüsusi 296 GTS standart Ferrari digərlərindən heç də fərqlənmir. Superkar 3,0 litrlik V6 əsaslı 830 at gücündə benzin-elektrik güc aqreqatı, 8 pilləli robot transmissiya və arxa ötürücü ilə təchiz edilib.
Teqlər:
"\"Ferrari\" AB\u015e-nin \u015f\u0259r\u0259fin\u0259 iki x\u00fcsusi avtombilini n\u00fcmayi\u015f etdirib"