Menyu

Debet kart istifadəçisi kredit ödəyicisinə necə çevrilir?

Nərmin Qocamanlı
Debet kart istifadəçisi kredit ödəyicisinə necə çevrilir?

Sosial şəbəkələrdə bəzi debet kart istifadəçiləri özlərinin də xəbəri olmadan banka borclandıqlarını yazıblar. Aidiyyəti banka müraciət etdikləri zaman isə onlara bildirilib ki, bu hal kartdakı məbləğdən daha artığı istifadə olunduğu zaman baş verir və beləliklə, debet kart istifadəçisi artıq kredit ödəyicisinə çevrilir.

Bəs bu hal ilə qarşılaşmamaq üçün nə etmək lazımdır? “Overdraft” sistemi nədir? 

Məsələ ilə bağlı "Operativ Media"ya açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, vətəndaşlar kart alarkən onun xüsusiyyətləri barəsində, imzaladığı müqavilələr barəsində məlumatlı olmalıdırlar:

"Banklar mümkündür ki, debet kartı verəndə müəyyən məbləğə qədər "overdraft" imkanı da təqdim etsinlər. Bu haqda müqavilələrdə ətraflı qeyd olunur. Vətəndaş müqavilələr ilə tanış olmalı, yazılanları oxuyub başa düşməli, lazım gəldikdə sorğu-sual etməlidir ki, bu kartın xüsusiyyətləri nədir? Bundan əlavə, əgər belə hal ilə qarşılaşmaq istəmirlərsə, "overdraft"a çevirmək imkanı olmayan kart alsınlar. Amma ən yaxşı və rahat üsul isə odur ki, xərcləmələrdən əvvəl öz hesablarını yoxlasınlar və balansdan artıq pul xərcləməsinlər".

İqtisadçının sözlərinə görə, əslində, "overdraft" insanlara verilmiş üstünlükdür:

"Müştərinin gəlirinə, əmək haqqına, dövriyyəsinə, kartın xüsusiyyətlərinə uyğun olaraq bank limit təyin edir və bu haqda da müştərinin məlumatı olur. "Overdraft" sözü ingilis sözüdür, balansdan artığını çəkmək mənasını verir. Yəni sizin hesabınızda pul olmayanda da bank sizə müəyyən "overdraft" limiti verə bilər. Bu, məcbur verir demək deyil. Siz isə balansda olmayan pulu da bankdan borclanaraq xərcləyə bilərsiniz. Amma bu zaman sizin banka öhdəlik yaranır və bu "overdraft"a görə də faiz hesablanır".

Sevinc İbrahimzadə

Teqlər:

"Debet kart istifad\u0259\u00e7isi\u00a0kredit \u00f6d\u0259yicisin\u0259 nec\u0259 \u00e7evrilir?"

Fotogalereya

Əlaqəli Xəbərlər