http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

AİB ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

01 May 2024 , 19:23
AİB ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (AİB) arasında uğurlu əməkdaşlıq həyata keçirilib, önəmli birgə layihələr icra olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlikdə AİB-in sektorlar qrupunun İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək və sosial müdafiə sahələrində aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. Dövlət sosial xidmətlərinin, eləcə də məşğulluq xidmətlərinin rəqəmsal müstəvidə qurulması proqramının nailiyyətləri diqqətə çatdırılıb.

Aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə yönələn layihələr, işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirləri qeyd edilib. Aparılan islahatlar prosesində, habelə məşğuluq sahəsində AİB-lə əməkdaşlığın davam etdirilməsinə önəm verildiyi bildirilib.

S.Şakil ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatların təqdirəlayiq olduğunu və əməkdaşlığın davamlı xarakter almasından məmnunluğunu ifadə edib.

Görüşdə məşğulluq proqramlarının icrası, karyera məsləhəti xidmətlərinin təşkilində bacarıqların müəyyən edilməsi ilə bağlı diaqnostik alətlərin hazırlanması, peşə hazırlığı mərkəzlərinin infrastrukturunun təkmilləşdirilməsi və s. istiqamətlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 08:15

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:12

    Çilidə 5,4 maqnitudalı zəlzələ olub
  • 07:27

    Tramp: Əgər seçkidə məğlub olsam, 2028-ci ildə yenidən namizəd olmayacağam
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
Menyu