Gürcüstanın hökuməti etirazlara baxmayaraq, xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası etirazlara baxmayaraq, xarici agentlər haqqında qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə respublikanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
"Əlbəttə, biz bu qanunu qəbul edəcəyik, bir neçə gün davam edəcək diskomfort olacaq, lakin uzunmüddətli perspektivdə biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən sığortalayacağıq", - Kobaxidze bildirib.
Hökumət başçısı qeyd edib ki, xarici agentlər haqqında qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma