Menyu

KİV: ABŞ Fil Dişi Sahilində hərbi baza açmaq üçün danışıqlar aparır

KİV: ABŞ Fil Dişi Sahilində hərbi baza açmaq üçün danışıqlar aparır

ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Maykl Lenqli Kot-d'İvuara səfər edib və bu səfər zamanı pilotsuz təyyarələrin sınaqdan keçirilməsi üçün ABŞ hərbi bazasının açılması məsələsini müzakirə edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-dən hərbi komandanlığın rəhbəri və ABŞ-nin Abidjandakı səfiri Cessika Devis Badan ibarət nümayəndə heyəti ölkə prezidenti Alassan Uattara, eləcə də prezident aparatının rəhbəri ilə danışıqlar aparıb.

"Bazada əsgərlər, eləcə də ən son avadanlıqlar, yəni pilotsuz təyyarələr yerləşdiriləcək", - deyə nəşr yazır.

Yanvarın əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Anqola, Kabo-Verde, Kot-d'İvuar və Nigeriyaya səfər edib. Abidjanda o, ABŞ-nin Qərbi Afrikada sabitliyi təmin etmək üçün 45 milyon dollar göndərəcəyini açıqlayıb. AFRICOM-un saytında verilən açıqlamaya görə, Vaşinqton bu il təkcə ölkənin Burkina Faso ilə həmsərhəd olduğu Fil Dişi Sahilinin şimalında terrorla mübarizə və sərhəd təhlükəsizliyinə 65 milyon dollardan çox vəsait xərcləyəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər