ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.
"Operativ Media" xəbər verir ki, yeni sanksiyalar çərçivəsində "Pobeda" aviaşirkətinə qarşı sanksiyalar tətbiq edilib.
İkinci dərəcəli sanksiyalar üçüncü ölkələrin, o cümlədən Azərbaycan vətəndaşlarına da şamil edilib.
Sanksiya siyahısına Rusiya Federasiyası ilə əlaqəli 29 fiziki və 250 hüquqi şəxs, həmçinin 16 gəmi daxildir. Yeni sanksiyalara Çin və Türkiyədən şirkətlər də daxildir.
Teqlər:
"AB\u015e Rusiya il\u0259 ba\u011fl\u0131 sanksiya siyah\u0131lar\u0131n\u0131 geni\u015fl\u0259ndirib"