http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Brazilyada sel nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb

02 May 2024 , 08:39
Brazilyada sel nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb


Brazilyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində bir müddətdir davam edən yağışlar daşqınlara və insan tələfatına səbəb olub.

"Operativ Media" xəbər verir ki, Mülki Müdafiədən verilən açıqlamada, daşqınlarda indiyədək 10 nəfərin həyatını itirdiyi, itkin düşən 21 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Açıqlamada 1400 nəfərin evləri su basması səbəbindən yaşayış yerini tərk etmək məcburiyyətində qaldığı, bölgəyə gücləndirmə dəstələrinin göndərildiyi qeyd olunub.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın tapşırığına əsasən daşqından zərər çəkmiş rayonlara humanitar yardım ləvazimatları göndərilib.

Əyalət qubernatoru Eduardo Leite sosial media hesabından verdiyi açıqlamada bölgədə leysan yağışların davam edəcəyini bildirib və vətəndaşlardan diqqətli olmalarını istəyib.

Güclü yağışlar nəticəsində körpülərin dağıldığı, evlərində qapalı qalan insanların damlarda kömək gözlədiyi görülüb.

OXŞAR XƏBƏRLƏR
Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu