http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana enerji tədarük edə bilər - Nazir

02 May 2024 , 11:13
Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana enerji tədarük edə bilər - Nazir

Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana enerji tədarük edə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev Qırğızıstan KİV-ə deyib.

Nazirin sözlərinə görə, Azərbaycan hazırda Qazaxıstan və Özbəkistanla birgə enerji xətlərinin inşası ilə məşğul olur. Texniki imkanlar sayəsində daha sonra onu asanlıqla Qırğızıstana ötürmək mümkün olacaq.

"Azərbaycan və Qırğızıstan arasında enerji əməkdaşlığına dair məsələ çoxdan qaldırılıb və bu yaxında nazirliklər arasında memorandum imzalanıb. Azərbaycan hazırda aktiv şəkildə neft, yanacaq-sürtkü materialları, benzin, dizel yanacağı, həmçinin, qaz ixrac edir.

Tezliklə "Cunda" neft emalı zavodunu (NEZ) modernizasiyadan sonra işə salacağıq və əlavə neft tədarüklərinə ehtiyacımız olacaq. Qırğızıstan Azərbaycandan neft tədarüklərində maraqlıdır, hazırda logistika məsələsi üzərində işləyirik", - nazir deyib.

T.İbrayev Azərbaycanda kabel məhsullarının, eləcə də, transformator istehsalının qabaqcıl inkişaf etdiyini qeyd edib.

"Biz danışıqlar aparmışıq və iyun ayında mütəxəssislər Azərbaycana enerji həftəsinə yola düşəcəklər. Onlar istehsal prosesini öyrənmək üçün kabellərin istehsal olunduğu zavodları ziyarət edəcəklər", - deyə nazir əlavə edib.

Xatırladaq ki, aprelin 24-də Qırğızıstan Energetika Nazirliyi ilə Azərbaycan Energetika Nazirliyi arasında energetika sferasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

OXŞAR XƏBƏRLƏR
AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib

Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib

XƏBƏR LENTİ
  • 10:04

    XİN: Azərbaycanın İrandakı səfirliyi yeni məkanda fəaliyyətini bərpa edəcək
    XİN: Azərbaycanın İrandakı səfirliyi yeni məkanda fəaliyyətini bərpa edəcək
  • 10:02

    Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək
  • 10:00

    Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir
  • 09:49

    Dünyanın ən təsirli 10 futbolçusu açıqlanıb
  • 09:42

    Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb
  • 09:36

    AZAL Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edib
  • 09:31

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:24

    Azərbaycan nefti bahalaşıb
Menyu