Menyu

Türk dövətləri arasında ticarət dövriyyəsində son 3 ildə kəskin artım var - Deputat

Nərmin Qocamanlı
Türk dövətləri arasında ticarət dövriyyəsində son 3 ildə kəskin artım var - Deputat

"Türk dövətləri arasında ticarət dövriyyəsində son 3 ildə kəskin artım var".

"Operativ Media"nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu”nda deputat Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi ötən il 31 faiz artıb:

"Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 9 milyard dollardır. Azərbaycanla hər bir türk dövləti arasında ticarət dövriyyəsində ötən illərlə müqayisədə artımlar müşahidə olunur".

Onun sözlərinə görə, son illərin tendensiyası göstərir ki, mövcud trendin qorunub saxlanılması çox yaxın illərdə ölkələr arasında ticarət dövriyyəsinin və ya ticari inteqrasiyanın kəskin artmasına gətirib çıxaracaq. 

Teqlər:

"T\u00fcrk d\u00f6v\u0259tl\u0259ri aras\u0131nda ticar\u0259t d\u00f6vriyy\u0259sind\u0259 son 3 ild\u0259 k\u0259skin art\u0131m var - Deputat"

Əlaqəli Xəbərlər