Dünyada ərzaq qiymətləri bahalaşıb

Nərmin Qocamanlı
Dünyada ərzaq qiymətləri bahalaşıb

Dünya ərzaq qiymətləri aprel ayında ümumi indekslə müqayisədə artıb.

"Operativ Media" bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına istinadən xəbər verir.

Qurum bəyan edib ki, ötən ay ərzaq qiymətləri indeksi mart ayı ilə müqayisədə 0,3 faiz artaraq 119,1 faizə yüksəlib. Ən nəzərəçarpacaq artım ətin qiymətləri indeksində (1,9 faiz artaraq 116,3 faiz) müşahidə olunub. Quş qripi epidemiyası nəticəsində yaranan istehsal problemləri səbəbindən quş ətinin qiyməti qalxıb, mal ətinin də qiyməti əsas idxalçı ölkələrdən güclü tələbat səbəbindən artıb. Bitki yağlarının qiymət indeksləri də 0,3 faiz artaraq 130,9 faiz təşkil edib. Bu, bir ildən artıq müddətdə ən yüksək dəyərdir.

Digər xəbərlər