06 May 2024, 12:15
Xaricdən ölkəmizə pul köçürmələri niyə azalıb?
Xaricdən ölkəmizə pul köçürmələri niyə azalıb? şəkil
Xaricdən ölkəmizə pul köçürmələri niyə azalıb?

Bu ilin ilk 3 ayında Azərbaycan banklarına sürətli pul köçürmə sistemləri vasitəsi ilə daxil olan vəsaitin həcmi 30.9% və ya 207.6 milyon manat azalıb.

Bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilib. 

“Operativ Media”ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov deyib ki, ölkəmizə əsasən Rusiya, Ukrayna və Türkiyədən maliyyə axını müşahidə edilir. Elə iş üçün ölkə xaricinə çıxmaq istəyənlər də daha çox bu 3 ölkəyə üz tuturlar. Köçürmələrin azalmasına səbəb həmin ölkələrdəki iqtisadi vəziyyətlə bağlıdır:

“Rusiya və Ukrayna müharibəsi nəticəsində yaranan iqtisadi problemlər həmin ölkədə həm rifaha ciddi mənfi təsir göstərib, həm də oradakı azərbaycanlıların qazanclarına, gəlirlərinə mənfi təsir göstərib. O cümlədən Ukraynada müharibə gedən şəhərlərdə yaşayan azərbaycanlılar da həmin ərazilərdən köçüb. Faktiki olaraq gəlirlər sıfırlanıb. Ukraynanın digər yerlərində yaşayan azərbaycanlılar da əvvəlki illərlə müqayisədə az qazandıqlarına görə, daha az pul göndərirlər”.

Elman Sadıqov bildirib ki, Türkiyədə dolların lirə qarşısında üstünlüyü də orada yaşayan və çalışan həmvətənlərimizin qazancına mənfi təsir göstərib. Ölkəmizə xaricdən pul köçürmələrinin azalması makroiqtisadiyyata ciddi təsir göstərməsə də, insanların rifahının aşağı düşməsinə səbəb olur:

“Həmin pul köçürmələri daha çox regionlarda yaşayan ailələrə köçürülür. Həmin ailələrin bir çoxlarının başçıları qeyd etdiyimiz ölkələrdədi və həmin ailələrə xaricdən gələn pullar o ailələrin rifahına təsir göstərir. Həmin pullar iqtisadi dövriyyəyə qoşularaq multikilpativ effekt daha da artır. Əhalinin rifahı, rayonlarda dövriyyə, biznes mühiti o cümlədən ticarət dövriyyəsinə əlbəttə ki, ciddi təsirləri hiss olunur. Xüsusi ilə o rayonlar ki, oradan daha çox insanlar Rusiya, Ukrayna və Türkiyədə işləyirlər".

Son xəbərlər
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb