Sahibkarlığın İnkişafı Fondu Qubada icra olunacaq hotel və restoran xidməti layihəsinə 150 min manat güzəştli kredit verib.
"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib:
"Sahibkar Humayə Məmmədova Qubada icra olunacaq hotel və restoran xidməti layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 150 min manat güzəştli kredit əldə edib".
"Qadın sahibkarların dəstəklənməsi fəaliyyətimizin başlıca prioritetlərindəndir", - o,qeyd edib.