http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bu ilin yanvar-aprel aylarında ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

07 May 2024 , 10:46
Bu ilin yanvar-aprel aylarında ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 202,715 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

"Operativ Media" Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-aprel ayı ilə müqayisədə 733,039 milyon ABŞ dolları və ya 4,6 dəfə azdır.

Bu ilin ilk rübündə Neft Fonduna daxil olan vəsaitlərin 60,784 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 136,979 milyon ABŞ dolları və ya 3,25 dəfə azdır.

Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 935,754 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 197,763 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

OXŞAR XƏBƏRLƏR
"Rusiya-Azərbaycan" dəyirmi masası keçirilib - FOTO

"Rusiya-Azərbaycan" dəyirmi masası keçirilib - FOTO

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Mikayıl Cabbarov İsmayıllıda  “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib

Mikayıl Cabbarov İsmayıllıda “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib

XƏBƏR LENTİ
  • 15:24

    Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
  • 15:08

    Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO
  • 14:56

    İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
  • 14:50

    Sexdə yanğın olub, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub - FOTO
  • 14:41

    Britaniyanın müdafiə naziri: London Rusiya ilə döyüşmək istəmir
  • 14:39

    İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
    İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
  • 14:37

    Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək
    Prezident: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək
  • 14:24

    Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
Menyu