Menyu

Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib

Nərmin Qocamanlı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
1 dəq oxu

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Nazirlər Kabinetindən "Operativ Media"ya verilən xəbərə görə, Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

Fotogalereya

Əlaqəli Xəbərlər